Ermənistanda dindarlar ayağa qalxdı
Qərbi Azərbaycan
27.06.2025 13:10
Erməni Apostol Kilsəsinin (EAK) Şirak Yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyana qarşı irəli sürülən "hakimiyyəti zorla ələ keçirməyə çağırış" ittihamı fonunda onu saxlamağa gələn hüquq-mühafizə orqanlarının əməkdaşları müqavimətlə qarşılaşıblar.
TodayPress TV xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Hadisə yerindən yayımlanan görüntülərə əsasən, arxiyepiskop hüquq-mühafizəçilərin qarşısına vəkili Ara Zohrabyan və bütün ermənilərin katolikosu II Qareginlə birlikdə çıxıb. Lakin Eçmiədzinə toplaşan dindarlar hüquq-mühafizə orqanlarına arxiyepiskopu aparmağa imkan verməyiblər.
Polislə dindarlar arasında qarşıdurma baş verib. Nəticədə arxiyepiskop Mikael Acapaxyan yenidən Müqəddəs Eçmiədzin kompleksi ərazisinə qayıdıb. Hazırda Eçmiədzində zənglər çalınır.
Töhfə Səməd
tag: Ermənistan,II Qaregin,Eçmiədzin ,Arxiyepiskop ,Todaypress.tv,