Belarusda "Qayıdış, miqrasiya, stabillik; Azərbaycan təcrübəsi" adlı dəyirmi masa keçirildi
Qərbi Azərbaycan
18.06.2025 13:37
Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində Belarusun paytaxtı Minsk şəhərində "Qayıdış, miqrasiya, stabillik; Azərbaycan təcrübəsi" adlı dəyirmi masa keçirilib.
TodayPress TV xəbər verir ki, görüşdə Belarus ictimaiyyətinin nümayəndələri, Azərbaycanın Belarus diaspora komitəsinin məsul şəxsləri, Minsk şəhər sovetinin, Belarus Miqrasiya komitəsinin məsul şəxsləri, Belarus Dövlət İdman Akademiyasının tələbələri, ”KINIK” MMC-nin, ”PORA” mərkəzinin, ”Akademtrans” təşkilatının, 18 saylı gimnaziyanın məsul şəxsləri iştirak edib.
Dəyirmi masada Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinin Prezidenti giriş və salamlama nitqi ilə çıxış edib. Layihənin məqsədləri, həmçinin icraçı və donor təşkilat barədə iştirakçılar məlumatlandırılıb.
Azərbaycan Diasporası tərəfindən hazırlanan və Belarus əsilli gənc qızların ifasında “Uzundərə” milli rəqs proqramı qonaqlara təqdim edildikdən sonra dəyirmi masa öz işinə başlayıb.
Sonra beynəlxalq hüquq sahəsində tanınmış ekspert Ziya Quliyev Azərbaycan həqiqətlərini Belarus ictimaiyyətinə təqdim edib. O, Qərbi Azərbaycandan deportasiya olunmuş Azərbaycanlıların yaşadığı dəhşətli hadisələri, insanların müxtəlif illərdə üzləşdiyi deportasiyanı, beynəlxlaq hüquq pozuntuları və statistik məlumatları tədbir iştirakçılarına çatdırıb.
Ziya Quliyev Qərbi Azərbaycan icması tərəfindən hazırlanmış “Qərbi Azərbaycana Qayıdış Konsepsiya” sənədi və sənədin beynəlxalq hüquq prisiplərinin normativləri haqqında humanizm və ləyaqətli qayıdış prosesləri və Ermənistanın öhdəlikləri barədə geniş məlumaltarla çıxış edib.
Görüşdə “Akademtrans” Tədris Mərkəzinin eksperti Natalya Qarbuz və Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinin prezidenti İlqar Hüseynli tərəfindən miqrasiya məsələləri və Azərbayca və Belarus Respublikaları arasında əməkdaşlıq münasibətləri barədə geniş təqdimat edilib.
Sonra təqdimatlara dair müzakirələr aparılıb, suallar cavablandırılıb.
Dəyirmi masada Belarus Azərbaycan İcması Konqresinin sədr müavini Oleq Bədəlov, Minsk şəhər icrayyə komitəsinin sədr müavini Anastasiya Fransuzova və şəhər adminstasiyasının əməkdaşı Ekatrina Mixaylovskaya, Vətəndaşların İmiqrasiya İdarəsinin baş mütəxəsisləri Nina Kosoykina və Tatyana Struk təqdimatçılara suallar ünvanlayıb və şərhlərlə çıxış ediblər.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə həyata keçirilir.
tag: Qərbi,Azərbaycan,Sənəd,Görüş,Todaypress.tv,

