“Xaç atası”nın rejissoru ürək əməliyyatından sonra paylaşım etdi

Mədəniyyət

06.08.2025 12:37

“Xaç atası”nın rejissoru Frensis Ford Koppola ürək əməliyyatından sonra sosial şəbəkə vasitəsilə vəziyyətinin normal olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, o, “İnstagram” səhifəsində yazıb ki, Romada olduğu müddətdə 30 ildən sonra yenidən afibrilyasiya prosedurundan keçib.

86 yaşlı rejissor proseduru bu metodun müəllifi olan tanınmış italyan kardiocərrah Andrea Natale ilə həyata keçirdiyini qeyd edib:

“Mən yaxşıyam!”.

Məlumata görə, avqustun 5-də Koppola planlaşdırılmış ürək əməliyyatı üçün Romaya yollanıb. Lakin hava limanından xəstəxanaya gəldikdən sonra onda güclü ürək ritm pozuntusu – fibrilyasiya müşahidə olunub. Bu halın səbəbi kimi uzunmüddətli interkontinental uçuşun yaratdığı fiziki gərginlik göstərilir. Aritmiya səbəbilə əməliyyatdan əvvəl əlavə müşahidə tələb olunub.

Qiymət Mahir

tag: Rejissor ,Frensis Ford,Koppola ,Roma,Todaypress.tv,