Cabir İmanov vəfat etdi - Yeniləndi

Mədəniyyət

29.09.2025 14:59

29.09.2025-ci il tarixində saat 13:38-də Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi ərazisindən əməkdar artist Cabir İmanovun (1976-cı il təvəllüdlü) səhhətinin pisləşməsi (yıxılma) səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

TodayPress TV xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.  

Qeyd olunub ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Saat 13:50-də briqada tərəfindən əməkdar artistin həkiməqədər ölüm faktı qeydə alınıb.

***

14:21

Əməkdar artist Cabir İmanov vəfat edib.

TodayPress TV xəbər verir ki, Qafqazinfo-nun əldə etdiyi məlumata görə, o, bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib.

Hadisə yerinə təcili tibbi yardım briadası çağırılsa da, 49 yaşlı aktyor vəfat edib.

TodayPress TV



tag: Cabir İmanov,Əməkdar artist,İdman,Vəfat,Todaypress.tv,