“Uşaq Avroviziyası 2025” müsabiqəsində Azərbaycan özünə səs verə biləcək

Mədəniyyət

12.12.2025 09:40

2025-ci il “Uşaq Avroviziyası” Mahnı Müsabiqəsinin onlayn səsverməsi dekabrın 13-də rəsmi olaraq start götürür. Bu müsabiqədə tamaşaçılar öz ölkəsinə də səs verə biləcək. Bununla yanaşı, bütün dünya ölkələrinin nümayəndələri heç bir məhdudiyyət olmadan səsverməyə qoşulacaqlar.

TodayPress TV xəbər verir ki, səsvermə tamamilə ödənişsizdir və bütün izləyicilər jesc.tv platforması üzərindən səs verə bilərlər. Qaydalara əsasən, hər bir tamaşaçı 3 ölkəyə səs verməlidir və bu seçimlərdən biri, şübhəsiz ki, Azərbaycan ola bilər.

Səsvermə iki mərhələdə həyata keçiriləcək:

Birinci mərhələ 12 dekabrdan 13 dekabra keçən gecə Bakı vaxtı ilə 00:00-dan başlayaraq 13 dekabr saat 19:59-dək davam edəcək.

İkinci mərhələ dekabrın 13-də canlı şoudakı son ifadan dərhal sonra başlayacaq və təxminən 15 dəqiqə aktiv olacaq.

Hər iki mərhələdə Azərbaycan nümayəndəsinə dəstək göstərmək mümkündür.

Qeyd edək ki, Azərbaycanı 12 yaşlı Yağmur “Miau Miau” mahnısı ilə təmsil edəcək.

“Uşaq Avroviziyası 2025”in finalı dekabrın 13-də baş tutacaq və yekun nəticələrin 50%-i tamaşaçı səsverməsi əsasında müəyyən olunacaq.

TodayPress TV 

tag: Avroviziya,Uşaq,2025,Azərbaycan,Todaypress.tv,