"Tağıyev"in 2-ci sezonu çəkilə bilər
Mədəniyyət
26.07.2025 22:35
""Tağıyev" filminin ikinci sezonu çəkilə bilər"
TodayPress TV xəbər verir ki, bunu "Tağıyev" filminin rejissoru və ssenari müəlliflərindən biri olan Zaur Qasımlı "Gilavar" "Youtube" kanalında deyib.
O bildirib ki, "Tağıyev" filmi əslində 8 bölüm yazılıb.
“8 bölüm yazılan bu filmin yalnız 4 bölümü ekranlaşdırıldı. Maliyyə olacağı təqdirdə digər 4 bölüm də çəkiləcək",- Zaur Qasımlı bildirib.
Onun sözlərinə görə, 3-cü bölümdə Tağıyevin həyatından çox maraqlı faktlar, o cümlədən baş qəhrəman Sona xanım, Tağıyevin oğlu ilə mübahisəsi və "Qızlar Gimnaziyası"nın açılması kimi mövzular yer alacaq.
Qeyd edək ki, Bakı Media Mərkəzinin istehsalı olan bu filmin 2 bölümü "Tağıyev: Neft" və "Tağıyev: Çar" artıq kinoteatrlarda nümayiş olunub.
Aynur TAC
tag: Tağıyev,Bakı Media Mərkəzi, Zaur Qasımlı, Gilavar, todaypress.tv,