Türkmənistan Mədəniyyəti Günləri Gəncədə konsert proqramı ilə başa çatdı

Mədəniyyət

16.10.2025 11:18

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 13-15 oktyabr tarixlərində ölkəmizdə keçirilən Türkmənistan Mədəniyyəti Günləri Gəncə şəhərində geniş konsert proqramı ilə başa çatıb. 

TodayPress TV xəbər verir ki, oktyabrın 15-də F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında təşkil olunan konserti idarə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və sənətsevərlər izləyiblər.  

Qardaş ölkənin tanınmış ifaçı və kollektivlərinin təqdim etdiyi musiqi və rəqs nömrələri alqışlarla qarşılanıb. 

Azərbaycanın Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları türkmən həmkarları ilə bir səhnəni bölüşüb, iki xalqın dostluğunu tərənnüm edən mahnılar səsləndiriblər.

Konsert proqramı Nizami yurdunun – qədim Gəncə elinin musiqisevərlərinə unudulmaz anlar yaşadıb.  

Bununla da üç gün davam edən Türkmənistan Mədəniyyət Günləri yekunlaşıb.

TodayPress TV

tag: Türkmənistan,Mədəniyyət Günləri,Gəncə,Konsert,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo
photo
photo
photo