Qazaxıstanda keçirilən beynəlxalq teatr festivalında Azərbaycan uğuru

Mədəniyyət

18.09.2025 10:52

3-cü "BİKENFEST" Beynəlxalq Teatr Festivalı Qazaxstanda keçirilib. Nüfuzlu tədbirdə Qazaxstan, Özbəkistan, Gürcüstan, Qırğızıstan kimi ölkələrin Akademik Dram Dövlət teatrları ilə yanaşı, Azərbaycandan təsisçisi Xalq Artisti Vidadi Həsənov olan müstəqil "M.Teatr" da iştirak edib.

TodayPress TV xəbər verir kİ, Festival çərçivəsində "M.Teatr" Stefan Sveyqin "Yad qadının məktubu" tamaşası ilə çıxış edib.

Yarışmada Azərbaycanın tanınmış teatr və kino aktrisası Oksana Rəsulova "Ən yaxşı qadın rolu" nominasiyasının qalibi olub. Bu uğur festivalda Azərbaycan teatr sənətinin yüksək səviyyəsini bir daha nümayiş etdirib.

TodayPress TV

tag: Qazaxıstan,Festival,Azərbaycan,Uğur,Todaypress.tv,Bikenfest,teatr,

photo
photo
photo