Kann festivalında QADAĞA: Geyim qaydaları niyə dəyişdi?
Britaniyanın "The Sun" nəşrinin jurnalistləri Kann Kino Festivalında açıq-saçıq geyimlərə qoyulan qadağanın səbəbini açıqlayıblar.
TodayPress TV xəbər verir ki, nəşrin saytında dərc olunan materiala görə, yeni qaydaların tətbiqinə amerikalı supermodel Bella Hadidin 2024-cü ildəki çıxışı səbəb olub.
Belə ki, həmin il Bella Hadid “Saint Laurent” brendinə məxsus şəffaf libasda büstqaltersiz qırmızı xalçaya çıxıb. Onun bu görünüşü izləyicilər tərəfindən tənqid olunub.
Festival təşkilatçıları bu hadisədən sonra dəvət olunan ulduzlara xüsusi xəbərdarlıq məktubu göndərərək, qırmızı xalça üçün nəyi uyğun, nəyi isə yolverilməz hesab etdiklərini aydın şəkildə bildiriblər.
“Bella Hadidin geyindiyi şəffaf paltar, yeni dress-koda zidd nümunə kimi göstərilib. Təşkilatçılar məşhurların özlərini ifadə etməsinə qarşı deyillər, lakin eyni zamanda onların tamamilə çılpaq görünməsini də istəmirlər” deyə insayderlər bildiriblər.
Yeni qaydalar ulduzların geyim seçiminə daha ciddi nəzarət məqsədi daşıyır və festivalın rəsmi protokoluna uyğun ab-havanın qorunmasına yönəlib.
Töhfə Səməd
tag: Britaniya,Kann Kino Festivalı,Bella Hadid,Saint Laurent,todaypress.tv,