Çingiz Abdullayevdən Aqil Abbasa sərt cavab: “Mənim belə insanlara yazığım gəlir”
Mədəniyyət
16.10.2025 13:29
Xalq yazıçısı Çingiz Abdullayev deputat, yazıçı Aqil Abbasla bağlı mübahisəli fikirlər səsləndirib.
TodayPress TV xəbər verir ki, bu barədə yazıçı iş xanımı Ruhiyyə Əliyevanın Rekord TV-də yayımlanan “Qaranlıqda həqiqət” layihəsində danışıb.
Belə ki, Çingiz Abdullayev Aqil Abbasın onun açıqlaması ilə bağlı söylədiyi “Üç min yazıçı haradadır, pambıq yığırıq?!” fikrinə belə reaksiya verib:
“Bir müddət əvvəl kitab sərgisində dedim ki, 3 mindən çox yazıçımız var. İstəyərəm ki, onlar qonorar alsınlar, yaxşı dolansınlar, kitablarını öz pulları ilə çap etdirməsinlər. Yəni bu xərci nəşriyyat çəksin, kitablar satılsın, daha çox oxucuya çatsın. Amma yazıçımız Aqil Abbas deyib ki, 3 min yazıçı haradadır, bunlar pambıq yığırlar?! Axı mən bunu özümdən deməmişəm. Azərbaycanda 3118 yazıçı var. Sən niyə mənim üstümə düşmüsən, ay kişi?! Deyirlər, fikir vermə. Sadəcə, mənim belə insanlara yazığım gəlir, çünki onlar dözmürlər. Sən niyə dözmürsən? Dedim ki, yazıçılara kömək etmək lazımdır. Baxın, xəyanət budur”.
tag: Çingiz Abdullayev,Aqil Abbas,Yazıçı,Ədəbiyyat,Deputat,Todaypress.tv,
