Braun 6,7 milyon dollar qarşılığında azadlığa buraxılacaq
Britaniya məhkəməsi prodüseri döyməkdə şübhəli bilinən amerikalı müğənni Kris Braunu zaminə buraxıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Standard” qəzeti yazıb.
Nəşrin məlumatına görə, Braun azadlığa çıxmaq üçün 6,7 milyon dollar məbləğində girov pulu ödəməli olacaq. Bundan əlavə, sənətçiyə məhkəməyə qədər İngiltərədə yaşamaq və pasportunu polisə təhvil vermək tapşırılıb. Bu məhdudiyyətlərə baxmayaraq, müğənni ABŞ, Kanada və Avropa ölkələrində çıxış edərək dünya turnesini başa vurmaq imkanı əldə edəcək.
Xatırladaq ki, mayın 16-da Britaniya polisi Kris Braunu prodüser Abe Diavu döyməkdə şübhəli bilinərək saxlayıb. Müstəntiqlərin fikrincə, 2023-cü ilin fevralında Londonun Mayfair rayonundakı gecə klubunda Braun prodüserin başında bir şüşə tekila sındırıb, həmçinin ona bir neçə dəfə yumruq və təpik zərbələri endirib. Zərərçəkənin sözlərinə görə, döyülmə səbəbsiz baş verib.
Töhfə Səməd
tag: Britaniya ,Məhkəmə,Müğənni,Kris Braun,Girov,todaypress.tv,