Azərbaycan TÜRKSOY-un toplantısında təmsil olunur

Mədəniyyət

19.08.2025 13:01

Türkiyənin Trabzon şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin yüksək rütbəli məmurlarının 5-ci toplantısı başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə mədəniyyət nazirinin müavini Fərid Cəfərov iştirak edir.

Toplantının əsas məqsədi TÜRKSOY-un Daimi Şurasında müzakirə olunacaq sənədlərin, fəaliyyət hesabatlarının və strateji planların hazırlanmasıdır. Səfər çərçivəsində nazir müavinləri Trabzon Böyükşəhər Bələdiyyəsinin başçısı və Trabzon valisi ilə görüşlər keçirərək Türk dünyası mədəniyyətlərinin tanıdılması və regional əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.

Günün sonunda Fərid Cəfərov Qızlar Monastrında keçirilən bağlanış mərasimində çıxış edib.

tag: Azərbaycan,TÜRKSOY,Toplantı,Görüş,Todaypress.tv,