Polşanın Aİ-yə sədrliyinin başa çatması münasibətilə caz konserti keçirildi
Mədəniyyət
05.06.2025 00:02
Polşanın Azərbaycandakı səfirliyi ölkənin Avropa İttifaqı Şurasına altı aylıq sədrliyinin başa çatması münasibətilə “Voicingers Reunion” adlı caz konserti təşkil edib.
TodayPress TV xəbər verir ki, tədbirin açılışını Polşanın Azərbaycandakı səfiri Pavel Radomski edib. O, çıxışında sədrliyi dövründə Polşanın Avropa İttifaqının əsas prioritetlərinə sadiqliyini nümayiş etdirdiyini vurğulayıb:
“Sədrliyimiz boyunca təhlükəsizlik məsələləri də daxil olmaqla, Aİ-nin prioritetlərinə xüsusi diqqət yetirdik. Sədrliyi başa vursaq da, İttifaq daxilində xalqları dəstəkləməyə davam edəcəyik”.
Səfir həmçinin Aİ ölkələrinin mədəni əməkdaşlığından söz açaraq, mədəni diplomatiyanın əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, bu konsert Polşanın sədrliyinin yekununu simvolik şəkildə qeyd etmək məqsədi daşıyır və müxtəlif ölkələrdən olan tanınmış caz ifaçılarını bir araya gətirib.
Tədbir musiqi proqramı ilə davam edib.
Çıxışçılar arasında Qriqorj Karnas (vokal), Judita Pisarcik (vokal), Mateuş Kolakovski (piano), Pavel Zvierzinski-Pioro (bas gitara), Qriqorj Maslovski (zərb alətləri) yer alıb. Onlarla birlikdə Azərbaycanın tanınmış saksafon ifaçısı, caz səhnəsinin ulduzu olan Reyn Sultanov da çıxış edib.
Töhfə Səməd
tag: Polşa, Səfirlik, Azərbaycan, Avropa, Caz, todaypress.tv,

