Xaricə səfər edən vətəndaşların sığorta daxilolmaları 20%-dən çox artdı

Maliyyə

28.08.2025 16:58

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycandan xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 4 milyon manat olub.

TodayPress TV Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 20.8% və ya 688 min manat çoxdur.

2024-cü ilin müvafiq dövründə xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 3 milyon 314 min manat təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-iyul aylarında xaricə səfər edən vətəndaşların sığorta ödənişləri 376 min manat təşkil edib ki, bu da 2024-ci ilin ilk 7 ayı ilə müqayisədə 2.5 dəfə və ya 225 min manat çoxdur.

Hesabat dövründə bu sığorta növü üzrə sığorta zərərliliyi 2 dəfə artıb. Belə ki, sığorta şirkətləri bu ilin ilk 7 ayında toplanan hər 100 manat sığorta haqqının 9.4 manatını ödənişə yönəldibsə, 2024-ci ilin yanvar-iyun aylarında bu göstərici 4.6 manat təşkil edib.

tag: Xaric,Səfər,Sığorta,Artım,Todaypress.tv,