Auditdən keçməyən subyektlərin sayı açıqlandı
Maliyyə
10.06.2025 12:43
2024-cü il ərzində Azərbaycanda 5432 məcburi audit subyektindən 2256-sı (41.5%-i) auditdən keçib.
Bu barədə TodayPress TV Auditorlar Palatasına istinadən xəbər verir.
Qeyd edilib ki, ötən il Azərbaycanda məcburi audit subyekti olan 3 368 məhdud məsuliyyətli cəmiyyətinin (MMC) 1384-ü (41.1%-i), 135 publik hüquqi şəxsin 48-i (35.6%-i), 50 siyasi partiyanın 35-i ( 70%-i), 1 436 bələdiyyənin isə 727-i ( 50.6%-i) auditdən keçməyib.
tag: Auditor,Palata,İllik,Hesabat,Todaypress.tv,
