Bakıda fintex forumu keçirilir
Maliyyə
09.10.2025 10:07
Oktyabrın 9-da paytaxtda “Baku Fintech Forum 2025” öz işinə başlayıb.
TodayPress TV xəbər verir ki, tədbir Azərbaycan Fintex Assosiasiyasının (AzFina) təşkilatçılığı, eləcə də Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə gerçəkləşir.
Foruma beynəlxalq maliyyə qurumlarının, bank sektorunun və fintex şirkətlərinin nümayəndələri qatılıblar. Onlar maliyyə texnologiyalarında qlobal trendlər, rəqəmsal transformasiya prosesləri və bu sahədə davamlı inkişaf mexanizmləri barədə fikir mübadiləsi aparırlar.
Toplantıda yerli və xarici ekspertlər fintex ekosistemində son yenilikləri, sahənin maliyyə bazarına təsirini və gələcək perspektivləri müzakirə edirlər.
Proqram çərçivəsində açıq bankçılıq, rəqəmsal ödənişlər, süni intellekt, kibertəhlükəsizlik və fırıldaqçılıqla mübarizə kimi mövzular ətrafında panel sessiyaları keçiriləcək, həmçinin yeni əməkdaşlıq sazişlərinin imzalanması planlaşdırılır.
Qiymət Mahir
tag: Bakı,Fintex,Forum,Tədbir,Todaypress.tv,
