Taleh Kazımov BIS-nin 95-ci illik toplantısında iştirak etdi
Maliyyə
30.06.2025 11:44
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov ilk dəfə Beynəlxalq Hesablaşmalar Bankının (BIS) İsveçrənin Bazel şəhərində keçirilən 95-ci illik toplantısında iştirak edib.
TodayPress TV xəbər verir ki, o, bunu "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Toplantı çərçivəsində qlobal maliyyə sabitliyi, innovasiya və rəqəmsal təhlükəsizlik, eləcə də monetar siyasətə dair aktual məsələlər müzakirə olundu və bu mövzularda dəyərli fikir mübadiləsi aparıldı. Tədbir zamanı bir sıra mərkəzi bank rəhbərləri ilə ikitərəfli görüşlər keçirdik. Bu görüşlərdə mərkəzi banklar arasında potensial əməkdaşlıq imkanları və regional iqtisadi trendlər müzakirə edildi. Qarşılıqlı anlayış və təcrübə mübadiləsi maliyyə sistemimizin dayanıqlı inkişafına mühüm töhfə verir", - deyə o qeyd edib.
tag: Taleh Kazımov,BIS,Toplantı,Bank,Todaypress.tv,


