Banklararası Kart Mərkəzinin ötənilki fəaliyyəti açıqlandı

Maliyyə

05.06.2025 11:33

2024-cü ildə Azərbaycan Mərkəzi Bankının (AMB) Banklararası Kart Mərkəzi üzərindən milli valyutada 30,6 milyard manat, xarici valyutada isə 69,3 milyon ABŞ dolları və 29,6 milyon avro dəyərində əməliyyat emal olunub. 

TodayPress TV xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, ötən il ödəniş kartları ilə ölkə daxilində aparılmış nağdsız əməliyyatların məbləği əvvəlki ilə nisbətən 60,9 % artaraq 78,9 milyard manat təşkil edib.

Əvvəlki illə müqayisədə ölkədə elektron ticarət vasitəsilə aparılan əməliyyatların sayı 83,4 %, məbləği isə 69,8 % artıb. 

İl ərzində ölkə daxilində ödəniş kartları ilə aparılan nağdsız ödənişlərin xüsusi çəkisi 8,6 faiz bəndi artaraq 64,2 % olub.

İnternet bankçılıq əməliyyatlarının məbləği 20,7 %, mobil bankçılıq əməliyyatlarının həcmi isə 38,2 % artıb.

tag: AMB,Hesabat,Təqdim,Maliyyə,Todaypress.tv,