Türkiyədən taxıl və paxlalı idxalına çəkilən xərc 8 %-dən çox artdı

İqtisadiyyat

04.10.2025 19:40

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 127,052 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını idxal edib.

TodayPress TV Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur.

Təkcə sentyabrda Türkiyə Azərbaycana 16,358 milyon ABŞ dollarlıq taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 17,2 % çoxdur.

8 ayda Türkiyənin taxıl, paxlalılar, yağl toxumları və onun məhsullarını ixracının ümumi dəyəri illik müqayisədə 4,3 % artaraq 9,047 milyard ABŞ dollarına, sentyabrda isə 6 % artaraq 1 milyard ABŞ dollarına çatıb.

Türkiyədən ən çox bu məhsulların idxalını İraq 1 milyard 302,107 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 16,6 % az), ABŞ 648 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 38,8 % çox) və Suriya 495 milyon ABŞ dolları (+34,6 %) dəyərində həyata keçirib.

TodayPress TV

tag: Taxıl,Paxlalı,İdxal,Artım,Todaypress.tv,