Azərbaycana turist axını mayda artıb
İqtisadiyyat
16.06.2025 13:10
Bu ilin may ayında Azərbaycana 244 079 min xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib.
TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 % çoxdur.
Hesabat ayında Azərbaycana ən çox turist 62 809 nəfər olmaqla Rusiyadan gəlib. Bu da 1 il əvvələ nisbətən 9 % azdır.
2-ci yerdə 41 299 nəfərlə (+ 10%) Türkiyə, 3-cü yerdə isə 23 326 nəfərlə ( - 21 %) Hindistan qərarlaşıb.
Bundan başqa, ay ərzində İrandan 17 787 nəfər (-8 %) , Səudiyyə Ərəbistanından 10 090 nəfər (+54 %), Qazaxıstandan 8 934 nəfər (+29 %), Gürcüstandan 8 223 nəfər (-6 %), Pakistandan 6 747 nəfər (+17 %), İsraildən 6 452 nəfər nəfər (+ 98 %), Çindən 5 821 nəfər (+23 %), Özbəkistandan 4 809 nəfər (+23 %), Cənubi Koreyadan 3 776 nəfər (+ 31 %), Birləşmiş Ərəb Əmirliklərindən 3 298 nəfər (+ 22 %), Ukraynadan 3 121 nəfər (- 4 %), Türkmənistandan 2 522 nəfər (- 8 %) turist gəlib.
Ötən ay regionlar üzrə isə Cənubi Asiyadan 30 863 nəfər (- 15 %), Yaxın Şərqdən 26 376 nəfər (+35 %), Mərkəzi Asiyadan 17 964 nəfər (+21 %), Şərqi Avropadan 10 408 nəfər (- 2%), Şərqi Asiyadan 10 049 nəfər (+26 %), Qərbi Avropadan 9 931 nəfər (+11 %), Amerikadan 3 584 nəfər (+ 11%), Cənub-Şərqi Asiyadan 2 252 nəfər (+ 58 %), Afrikadan isə 1 600 nəfər ( +59 %) turist axını olub.
Bu ilin yanvar-may ayılarında isə ölkəyə 979 963 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 % çoxdur.
tag: Azərbaycan,Turist,Turizm,Artım,Todaypress.tv,