Orxan Həsənoğludan SƏRT XƏBƏRDARLIQ: “Azərbaycanın adından sui-istifadə etməyin!”

Turizm

09.08.2025 07:00

Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu ŞKTC-də fəaliyyət göstərən bəzi turizm şirkətlərinin “Azərbaycan turları” adı altında insanları aldadıcı reklamlarla yanlış yönləndirdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, o, bu barədə öz "Facebook" hesabında yazıb. 

Belə ki, bəzi tur operatorları reklamlarında “Azərbaycan-Bakı turu: pasport, viza və şəxsiyyət vəsiqəsinə ehtiyac yoxdur” kimi reallığı əks etdirməyən şüarlardan istifadə edirlər:

“Azərbaycan vətəndaşları belə ölkəyə şəxsiyyət sənədi olmadan daxil ola bilməzlər. Bu cür reklamlar açıq-aşkar yalan və aldatma məqsədi daşıyır”, - deyə Dostluq Cəmiyyətinin rəhbəri bildirib.

O, bu cür saxta reklam kampaniyalarında Azərbaycanın adından istifadə olunmasına sərt reaksiya verərək, açıq xəbərdarlıq edib:

“Ölkəmizin saf, təmiz və pak adından sui-istifadə etməyin. Ağıllı olun və bizi hüquqi tədbirlər görməyə məcbur etməyin”.

O.Həsənoğlu həmçinin rəsmi qurumlara çağırış edərək, bu kimi fırıldaqçılıq halları ilə bağlı daha diqqətli olmağa, vətəndaşlara isə belə reklam elanlarına etibar etməməyə çağırıb.

Töhfə Səməd

tag: Azərbaycan,ŞKTC,Dostluq Cəmiyyəti,Orxan Həsənoğlu ,Todaypress.tv,