"TikTok" ABŞ üçün ayrıca versiya buraxacaq

İKT

07.07.2025 19:45

Çin şirkəti "ByteDance" sentyabrın 5-də yalnız ABŞ üçün nəzərdə tutulmuş yeni "TikTok" versiyasını istifadəyə verəcək.

TodayPress TV xəbər verir ki, bu barədə “The Information” nəşri məlumat yayıb.

Bu addım ABŞ qanunvericiliyinin tələblərinə cavab olaraq atılıb. Qanuna əsasən, "ByteDance" şirkəti milli təhlükəsizlik narahatlıqları səbəbilə "TikTok"un ABŞ-dəki aktivlərini satmalı və ya platforma ölkədə tamamilə qadağan olunmalıdır.

Yeni tətbiq şirkət daxilində “M2” kod adı ilə tanınır. Həmin gün mövcud "TikTok" tətbiqi (“M” kimi tanınır) ABŞ-də "App Store" və "Google Play"dən çıxarılacaq. İstifadəçilər platformadan istifadəni davam etdirmək üçün yeni versiyanı yükləməli olacaqlar.

Amerikalı istifadəçilərə 2026-cı ilin mart ayınadək yeni tətbiqə keçmək tövsiyə olunub. Bu tarixdən sonra mövcud "TikTok" tətbiqi fəaliyyətini dayandıracaq.

Nəşrin yazdığına görə, "Apple"ın qaydaları bir region üçün ayrıca tətbiq versiyası yaratmağa icazə vermədiyindən "TikTok "M2 versiyasını tamamilə yeni tətbiq olaraq buraxmalı olub. Keçid zamanı bütün istifadəçi məlumatları ABŞ ərazisində yerləşən serverlərə köçürüləcək.

Qeyd olunur ki, ABŞ Konqresinin qəbul etdiyi qanun "ByteDance" şirkətini "TikTok"un ABŞ bölməsini ya satmağa, ya da ölkədə fəaliyyətini dayandırmağa məcbur edir. Gözlənilir ki, yeni versiyanın idarəçiliyini "Oracle" da daxil olmaqla amerikalı sahiblərdən ibarət qrup həyata keçirəcək.

Qiymət Mahir

tag: ABŞ ,Çin ,TikTok,Google Play,Todaypress.tv,