"Tesla" robot istehsalını gecikdirir

İKT

04.07.2025 19:45

"Tesla" şirkəti planlaşdırılan sayda "Optimus humanoid" robotlarını vaxtında istehsal edə bilməyəcək. 

TodayPress TV xəbər verir ki, bu barədə "AI Invest" portalı məlumat yayıb.

Məlumata görə, "Tesla"nın robot texnikası bölməsi həm texniki çətinliklər, həm də kadr dəyişiklikləri səbəbindən ləngimələrlə üzləşib. Bildirilir ki, bu çətinliklərdən biri bölmənin aparıcı proqram meneceri, 2016-cı ildən İlon Maskla çalışan Milan Kovaçın yaxınlarda şirkətdən ayrılması ilə bağlıdır.

Texniki baxımdan isə "Optimus" robotlarının bəzi hissələrinin həddindən artıq qızması və ağır yükləri daşımaqda çətinlik çəkməsi onların istehsalını ləngidir.

Hazırda sınaq mərhələsindəki robotlar "Tesla" zavodlarında sadə tapşırıqları yerinə yetirirlər, lakin işçilərin sözlərinə görə, onların məhsuldarlığı insan işçilərinin yarısından da azdır.

"Tesla" tədarükçülərə ən azı iki ay müddətinə yeni sifarişlərin qəbul edilməsini dayandırmaq barədə xəbərdarlıq edib.

Türkan İsgəndərli

tag: Tesla,Optimus,Robot,İstehsal,Todaypress.tv,