AHİK İT sistemlərini “Hökumət buludu”na köçürdü

İKT

17.06.2025 10:01

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir.

TodayPress TV xəbər verir ki, Fərmanın icrası çərçivəsində informasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürən növbəti dövlət qurumu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) olub.

AHİK informasiya sistemləri və ehtiyatlarını tam şəkildə AZCON Holding şirkətlərindən olan “AznTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzinə yerləşdirib. “AzInTelecom” MMC tərəfindən AHİK-ə Virtual server – IaaS (İnfrastructure-as-a-Service) və Rezervlənmə – BaaS (Backup-as-a-Service) “bulud” xidmətlərinin göstərilməsi təmin olunub. Bununla da qurum kritik sistemlərin yüksək əlçatanlığını təmin edib.

Qeyd edək ki, “Hökumət buludu” layihəsinin icrası çərçivəsində dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom”a məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

“AzInTelecom” MMC “bulud” xidmətləri üzrə beynəlxalq standartları müəyyənləşdirən “TIER III” sertifikatını Cənubi Qafqaz regionunda əldə etmiş ilk qurumdur.

tag: AHİK,İT,Hökümət Buludu,Köçürülmə,Todaypress.tv,