5G şəbəkəsində problem aşkarlandı
İKT
24.09.2025 19:00
Avropa və ABŞ-dən olan alimlər müəyyən ediblər ki, 5G şəbəkəsi gözlənilən qədər sürətli deyil.
TodayPress TV xəbər verir ki, "IMDEA" məlumat yayıb.
Alimlər Berlin, Madrid, Boston və digər şəhərlərdə 5G-nin bir il ərzində fəaliyyəti ilə bağlı məlumatları təhlil ediblər. Araşdırma göstərib ki, bəzi operatorlar yaxşı nəticə göstərsə də, digərlərində 5G-nin sürəti və cavab müddəti (gecikmə) 4G ilə eyni səviyyədədir.
Mütəxəssislər bildirirlər ki, 5G texnologiyası şəhərlərdə geniş yayılıb, amma hələ də stabil və sürətli bağlantı hər yerdə təmin olunmur. Bu, şəbəkənin qurulma üsulu, baza stansiyaların sayı və digər texniki amillərlə bağlıdır.
Alimlər xəbərdarlıq edirlər ki, 6G-yə keçmək üçün tələsmək olmaz. Onların fikrincə, əsas diqqət reklam olunmuş xüsusiyyətlərə yox, mövcud problemlərin həllinə yönəlməlidir.
Türkan İsgəndərli
tag: 5G,Şəbəkə,İnternet,Sürət,Todaypress.tv,
