Usman Dembele “Qızıl top”a əsas namizəddir
İdman
08.08.2025 11:02
Beynəlxalq idman saytı Goal, “France Football” jurnalının 2025-ci il üçün “Qızıl top” mükafatına namizəd göstərdiyi 30 futbolçu əsasında öz reytinqini dərc edib.
TodayPress TV xəbər verir ki, siyahının ilk pilləsində PSJ-nin fransalı hücumçusu Usman Dembele qərarlaşıb.
O, geridə qalan mövsümdə 53 oyunda 35 qol vurub və 16 məhsuldar ötürmə edib. PSJ isə Fransa çempionatı və kubokunu, eləcə də UEFA Çempionlar Liqasını qazanıb.
Goal portalının versiyasına əsasən 2025-ci ildə “Qızıl top”a əsas 10 namizəd futbolçular:
1. Usman Dembele (PSJ, Fransa)
2. Lamin Yamal (“Barselona”, İspaniya)
3. Vitinya (PSJ, Portuqaliya)
4. Rafinya (“Barselona”, Braziliya)
5. Məhəmməd Salah (“Liverpul”, Misir)
6. Kilian Mbappe (“Real Madrid”, Fransa)
7. Əşrəf Hakimi (PSJ, Mərakeş)
8. Dezire Due (PSJ, Fransa)
9. Xviça Kvaratsxeliya (PSJ, Gürcüstan)
10. Nunu Mendeş (PSJ, Fransa)
Qeyd edək ki, “Qızıl top” mükafatı ən yaxşı oyunçuya mövsüm ərzində göstərdiyi performansa görə təqdim olunacaq.
Namiq HUN
tag: Usman Dembele,PSJ,Klub,Futbolçu,Todaypress.tv,