Türkiyəni ağuşuna alan mərc oyunları
İdman
27.10.2025 17:15
Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu bəyan edib ki, ölkə üzrə peşəkar liqalarda fəaliyyət göstərən 571 hakimdən 371-nin bukmeymer şirkətlərində mərc hesabı var.
TodayPress TV QOL.az-a istinadən xəbər verir ki, TFF prezidenti bu barədə keçirdiyi mətbuat konfransında bildirib.
Həmin hakimlərdən 152-si aktiv şəkildə mərc oynayır. Mərc oynayanlar arasında 7 üst kateqoriya hakim də var:
“10 nəfərdən çox hakim oyunlara 10 mindən çox pul qoyuluşu edib”.
TFF rəhbəri bildirib ki, məsələ ilə bağlı qurumun intizam orqanları dərhal hərəkətə keçəcək:
“Onlara qanunlara əsasən cəzalandırılacaq”.
Türk futbolunda təmizlənmə prosesi başlayıb:
“Nə qədər pislik varsa, hamısını təmizləməliyik. Biz bu işi hakimlərlə başladıq, amma burada dayanmayacağıq. Klublar da eyni məsuliyyəti daşımalıdır. Hər kəs özünü və çevrəsini yoxlamalıdır”.
Aparılan araşdırmalar FIFA və UEFA ilə də paylaşılıb.
Namiq HUN
tag: TFF,Hakim,Mərc,Qumar,Todaypress.tv,
