Sumoçular Avropa çempionatını 2 medalla tamamladı

İdman

26.05.2025 11:28

12

Macarıstanın Sigetsenmikloş şəhərində keçirilən Sumo üzrə Avropa çempionatına yekun vurulub.   

TodayPress TV xəbər verir ki, turnirin son günündə sumoçularımız 4 çəki dərəcəsində dohyoya çıxıblar.   

Böyüklər kateqoriyasında mübarizə aparan Çingiz Səmədov Avropa çempionatının bürünc medalına sahib çıxıb.   

Xatırladaq ki, 100 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan idmançımız ötən il Yunanıstanın Lutraki şəhərində keçirilən qitə yarışında gümüş medal qazanmışdı.   

Qeyd edək ki, U21, U23 və böyüklər kateqoriyaları üzrə təşkil edilən Avropa çempionatında daha əvvəl U23 kateqoriyasında döyüşən Rəsul Məmmədzadə fəxri kürsünün ikinci pilləsinə yüksəlib.   

Namiq HUN

tag: Azərbaycan,Sumoçu,Yarış,Medal,Todaypress.tv,

photo
photo