Ronaldo gələcək karyerası ilə bağlı qərar verəcək

İdman

19.05.2025 10:00

8

Portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldo hələlik karyerasını bitirmək fikrində deyil.   

TodayPress TV xəbər verir ki, bu barədə tanınmış futbol insayderi Nikolo Skira məlumat yayıb. 

Hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən 40 yaşlı hücumçu ən azı daha iki mövsüm oynamağı planlaşdırır.

Onun klubla olan müqaviləsi bu yay başa çatacaq. Ronaldo artıq bir neçə klubdan təklif alıb. O, yaxın günlərdə gələcək karyerası ilə bağlı qərar verəcək. 

Cari mövsüm Kriştiano Ronaldo “Əl-Nəsr”in heyətində meydana çıxdığı 39 oyunda 33 qol vurub və 4 məhsuldar ötürmə edib. 

Qeyd edək ki, bəzi mənbələrin yaydığı məlumatlara əsasən, hazırda həm klub, həm də futbolçu son illərdəki nisbətən uğursuz çıxışları nəzərə alaraq müqavilənin uzadılmasının məqsədəuyğun olub-olmadığını müzakirə edirlər.   

Namiq HUN

tag: Ronaldo, Ərəbistan, Əl-Nəsr, Forvard, Müqavilə,Todaypress.tv,