“Real” Vinisiusla yeni müqavilə imzaladı
“Real Madrid” klubu braziliyalı ulduz hücumçusu Vinisius Juniorla müqaviləni 2030-cu ilə qədər uzadıb.
TodayPress TV “Sport.es” nəşrinə istinadən xəbər verir ki, yeni müqaviləyə əsasən “kral klubu” maaş limitini aşaraq Vinisiusa illik 20 milyon avrodan çox maaş verəcək.
Futbolçunun illik qazancı 30 milyon avronu keçməyəcək.
Bu göstərici ilə Vinisius, “Real”ın yeni transferi Kilian Mbappe ilə birlikdə komanda da ən çox maaş alan futbolçulardan biri olub.
Qeyd edək ki, maaş limitinin aşılması klub rəhbərliyini gələcəkdə siyasətini dəyişməyə məcbur edə bilər, çünki komandanın digər ulduzları da eyni tələblərlə çıxış edə bilərlər.
Xatırladaq ki, Vinisius Juniorun əvvəlki müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə idi.
Namiq HUN
tag: Real Madrid,Vinisius,Klub,Müqavilə,Todaypress.tv,