“Qarabağ”ın bahalı heyətə malik rəqibləri
İdman
09.10.2025 12:25
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın ən bahalı heyətlərə malik futbol klublarının siyahısını açıqlayıb.
TodayPress TV xəbər verir ki, reytinq hər bir klubun 50 futbolçusunun bugünkü bazar qiyməti əsasında hazırlanıb.
Sıralamaya “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən olan “Çelsi” klubu başçılıq edir. London təmsilçisinin heyətinin qiyməti 1milyard 807 milyon avrodur.
Siyahıda Azərbaycan çempionunun digər rəqiblərindən “Liverpul” və “Ayntraxt” klubları da yer alıb. Mersisaydlılar 1 milyard 403 milyon avroluq məbləğlə dünyanın ən bahalı heyətləri sıralamasında altıncıdır. Frankfurt təmsilçisi isə 594 milyon avroluq göstərici ilə iyirminci sırada məskunlaşıb.
Dünyanın ən bahalı heyətlərə malik futbol klublarının siyahısı:
1. “Çelsi” – 1 milyard 807 milyon avro
2. “Real” - 1 milyard 684 milyon avro.
3. “Mançester Siti” – 1 milyard 485 milyon avro.
4. “Arsenal” – 1 milyard 474 milyon avro.
5. PSJ – 1 milyard 440 milyon avro
6. “Liverpul” – 1 milyard 403 milyon avro
7. “Barselona” – 1 milyard 352 milyon avro
8. “Tottenhem” – 1 milyard 47 milyon avro
9. “Bavariya”– 934 milyon avro.
10. “İnter” – 866 milyon avro
11. “Brayton” – 830 milyon avro
12. “Mançester Yunayted” – 820 milyon avro.
13. “Nyukasl” – 809 milyon avro
14. “Atletiko” – 780 milyon avro
15. “Yuventus” – 761 milyon avro
16. “Aston Villa” – 724 milyon avro
17. “Nottinqem Forest” – 704 milyon avro
18. “Bayer 04” - 659 milyon avro
19. “Milan” – 626 milyon avro
20. “Ayntraxt” – 594 milyon avro
Namiq HUN
tag: Qarabağ,Rəqib,Klub,Heyət,Todaypress.tv,
