PSJ müdafiəçi transfer etdi
İdman
12.08.2025 13:19
“Paris Sen-Jermen” klubu Ukrayna millisinin müdafiəçisi İlya Zabarnının transferini açıqlayıb.
TodayPress TV xəbər verir ki, Paris təmsilçisi İngiltərənin “Bornmut” klubunun futbolçusu ilə 2030-cu ilə qədər müqavilə imzalayıb.
Arxa xətt oyunçusunun transferi PSJ klubuna 63 milyon avroya başa gəlib. “Bornmut” əlavə olaraq anlaşmadan 3 milyon avro bonus da qazana bilər.
Xatırladaq ki, 2023-cü ilin yanvarında ingilislər onu Kiyev “Dinamo”sundan 22,7 milyon avro qarşılığında transfer ediblər.
Mediada yayılan iddialara görə, Zabarnının transferi PSJ qapıçısı Matvey Safonovun klubdan ayrılmasına səbəb ola bilər. Rəhbərlik ukraynalı və rusiyalı futbolçunun eyni soyunma otağında olmasının komanda atmosferinə mənfi təsir göstərə biləcəyindən ehtiyat edir.
Namiq HUN
tag: PSJ,Klub,Futbol,Transfer,Todaypress.tv,