“Oklahoma” NBA finalında!

İdman

29.05.2025 09:29

4

ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) pley-off mərhələsinin yarımfinal seriyasında “Oklahoma-Siti Tander” və “Minnesota Timbervulvz” klubları arasında beşinci oyun keçirilib.     

TodayPress TV xəbər verir ki, “Çizpik Enerji Arenası”nda baş tutan görüşdə “Oklahoma-Siti Tander” klubu “Minnesota Timbervilvz” üzərində (124:94) qələbə qazanıb.   

Nəticədə yarımfinal seriyasını 4:1 hesabı ilə qazanan “Oklahoma-Siti Tander” finala yüksəlib. 

Oyunun ən məhsuldar basketbolçusu “Oklahoma”nın lideri Şey Gilces-Aleksander olub.

Kanadalı basketbolçu 34 xal, 7 ribaund və 8 məhsuldar ötürmə ilə yadda qalıb. 

“Minnesota”da isə ən çox fərqlənən oyunçu 24 xal, 5 ribaund və 3 assistlə Culius Rendl olub. 

Qeyd edək ki, “Oklahoma” sonuncu dəfə NBA finalında 2012-ci ildə iştirak edib.   

Oklahoma-Siti təmsilçisi finalda “İndiana Peysers” – “Nyu-York Niks” cütünün qalibi ilə qarşılaşacaq.

Hazırda bu seriyada hesab “İndiana”nın xeyrinə 3:1-dir.   

Namiq HUN

tag: ABŞ,NBA,Final,Oyun,Todaypress.tv,