Neymar göz yaşlarını saxlaya bilmədi
İdman
18.08.2025 09:29
Braziliya çempionatının XX turunda “Santos” klubu doğma meydanda Rio-de-Janeyro təmsilçisi “Vasko da Qama”ya 0:6 hesabı ilə məğlub olub.
TodayPress TV xəbər verir ki, ağır məğlubiyyətdən sonra “Santos”un hücumçusu Neymar meydanda qalıb və uzun müddət göz yaşlarını saxlaya bilməyib.
Qonaq komandanın heyətində tanınmış yarımmüdafiəçi Filipe Koutinyo (54’, 62’) fərqlənib.
Komanda yoldaşlarının təsəllilərinə baxmayaraq, Neymar stadionu sonuncu tərk edib və paltardəyişmə otağına ağlayaraq gedib.
Matçın son dəqiqələrində hesab 0:6 olarkən ev sahibi azarkeşlər etiraz əlaməti olaraq üzlərini meydandan çeviriblər. Maraqlıdır ki, tribunada olan bir çox fanat Neymarın formasını geyinmişdi.
Qeyd edək ki, “Santos” 21 xalla turnir cədvəlində 15-ci pillədə qərarlaşıb və düşmə zonasından cəmi 2 xal aralıdır.
Namiq HUN
tag: Santos,Vasko da Qama,Neymar,Ağlamaq,Todaypress.tv,