NBA: “Oklahoma-Siti Tander”dən uğurlu start

İdman

21.05.2025 09:24

5

ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) pley-off mərhələsində yarımfinalın ilk oyunu baş tutub.   

TodayPress TV xəbər verir ki, “Oklahoma-Siti Tander” pley-off yarımfinalında “Minnesota Timbervulvz”a qalib gəlib.   

“Çizpik Enerci-Arena”da keçirilən görüşdə “Minnesota Timbervulvz” üzərində (114:88) inamlı qələbə qazanan Oklahoma-Siti basketbolçuları seriyada hesabı xeyirlərinə dəyişiblər 1:0.   

Görüşün ən məhsuldar oyunçusu “Oklahoma”nın kanadalı lideri Şey Gilces-Aleksander olub.

O, matçda 31 xal, 5 ribaund və 9 məhsuldar ötürmə ilə yadda qalıb.   

“Minnesota”nın heyətində ən sərrast basketbolçu oyun ərzində 28 xal toplayan Culius Rendl olub.

Entoni Edvards isə 18 xal və 9 ribaundla oyunu tamamlayıb. 

Yarımfinal seriyasının ikinci qarşılaşması 22-dən 23 may gecəsinə keçən saatlarda yenidən Oklahomada keçiriləcək.   

Namiq HUN

tag: NBA,Oklohoma,Minnesota,Basketbol,Todaypress.tv,