Milimiz çempionluq şansını itirdi

İdman

14.10.2025 18:30

Azərbaycanın kişi şahmatçılardan ibarət yığma komandası uğurun bir addımlığında büdrəyib. 

TodayPress TV xəbər verir ki, millimiz Gürcüstanın Batumi şəhərində keçirilən komandalararası Avropa çempionatının son turunda məğlubiyyətlə barışıb. 

Komandamız IX turda Serbiyaya 1:3 hesabı ilə yenilib. Qrossmeysterlərimizdən Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı və Rauf Məmmədov şahlarının toxunulmazlığını təmin edə bilməyiblər. Eltac Səfərlinin Velimir İviç üzərində qələbəsi isə ümumi göstəriciyə təsirsiz ötüşüb. 

Nəticədə Azərbaycan şahmatçılarının dördüncü dəfə Avropa çempionu olmaq istəyi baş tutmayıb. Eyni zamanda, çempionluq uğrunda əsas rəqib - Ukrayna yığma komandası isə İngiltərə üzərində 2,5:1,5 hesablı qələbə qazanaraq qızıl medallara sahib çıxıb.

Namiq HUN

TodayPress TV

tag: Gürcüstan,Batumi ,Şahmat,Şəhriyar Məmmədyarov,Aydın Süleymanlı,Todaypress.tv,