Messi: “Titulumuzu qorumaq gözəl olardı”

İdman

28.10.2025 12:25

“İnter Mayami” klubunun hücumçusu və Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatında oynamaq istədiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Mundo Deportivo nəşri məlumat  yayıb.

38 yaşlı futbolçu yaxşı formada qalmaq və yığmada vacib rol oynamaq arzusundadır.

“Mən formada olub yığmada mühüm rol oynamaq istəyirəm. Bu, dünya çempionatıdır və mən çox həyəcanlıyam. Biz son turniri qazandıq və bu titulu qorumaq gözəl olardı,” — deyə Messi bildirib.

Xatırladaq ki, Messi 2022-ci ildə Argentina yığma komandası ilə dünya çempionu titulunu qazanıb. 

2026-cı il mundialı tarixdə ilk dəfə üç ölkədə — ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnir 11 iyun – 19 iyul tarixlərində baş tutacaq.

Namiq HUN

TodayPress TV

tag: Messi,Argentina,DÇ,Futbol,Todaypress.tv,