MDB Oyunlarında iştirakçı sayı artdı
İdman
26.08.2025 17:23
Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirak edəcək ölkələrin sayında dəyişiklik olub.
TodayPress TV xəbər verir ki, ölkəmizdə keçiriləcək yarışa qatılacaq ölkələrin sayı 10-a yüksəlib.
Türkiyə və Küveyt komandaları yarışa gələcəyini təsdiqləyib. Bu ölkələr Oyunlara 38 və 6 idmançı ilə qatılacaqlar.
Daha əvvəl ev sahibi Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Rusiya, Özbəkistan və Tacikistan MDB Oyunlarında iştirakını təsdiqləyib. Bu komandalar yarışda 1605 idmançı və 2330 nümayəndə ilə təmsil olunacaq.
Ümumilikdə, Oyunlara dünyanın 23 ölkəsindən 5500-ə yaxın iştirakçının qatılacağı gözlənilir.
Qeyd edək ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində keçiriləcək.
Namiq HUN
tag: III,MDB,Oyunları,Ölkə,Todaypress.tv,