MDB Oyunları: Daha 5 boksçumuz finala yüksəldi
İdman
04.10.2025 09:24
III MDB Oyunlarının Yevlax Olimpiya İdman Kompleksində təşkil olunan boks yarışlarında yarımfinal mərhələsi başa çatıb.
TodayPress TV xəbər verir ki, Azərbaycanın 5 boksçusu finala vəsiqə qazanıb, 9-u isə bürünc medalla kifayətlənib.
Qardaş Rəhimov (46 kq) yarımfinalda Tacikistan, Əli Əliyev (48 kq) Qazaxıstan, Əli Abaslı (52 kq) Türkmənistan, Şahin Aslanov (60 kq) Rusiya, Səfdər Məmmədzadə (+80 kq) isə Qazaxıstan boksçusundan güclü olub.
Nəticədə finala vəsiqə qazanan boksçularımızın sayı 11-ə yüksəlib. Daha öncə 6 qız boksçumuz bu hüquqa yiyələnib.
Milli üzvlərindən Əli Ruşanov (46 kq), Ayxan Həsənov (50 kq), Raul Heydərli, Əflatun İsmiyev (hər ikisi 57 kq), Toğrul Quliyev (60 kq), Haqverdi Həsənov (63 kq), Adil Zalov (70 kq), Şükar Əliyev (75 kq) və İsmayıl Vəliyev (80 kq) MDB Oyunlarında bürünc medal qazanıblar.
4-ü qız olmaqla, ümumilikdə 13 boksçumuz III MDB Oyunlarının bürünc medallarına sahib çıxıb.
Namiq HUN
tag: III,MDB,Oyunları,Ölkə,Todaypress.tv,
