MDB Oyunları: Bu gün daha dörd idman növü üzrə yarışlara start veriləcək
İdman
29.09.2025 10:20
III MDB Oyunlarında bu gün səkkiz idman növü üzrə yarışlar keçiriləcək.
TodayPress TV xəbər verir ki, bu dəqiqələrdə Qəbələ İdman Olimpiya Kompleksində stolüstü tennis üzrə fərdi yarışların final mərhələsi keçirilir.
Gün ərzində Qəbələ atıcılıq klubunda stend atıcılığı, Gəncə İdman Sarayında isə üzgüçülük üzrə yarışlar təşkil olunacaq. Qəbələ Şəhər Stadionunda baş tutacaq futbol matçlarında Belarus yığması Özbəkistanla, Qırğızıstan isə Tacikistanla üz-üzə gələcək.
Bu gün, həmçinin 4 növ üzrə yarışlara start veriləcək. Göygöl Olimpiya İdman Kompleksində sambo, Yevlax Olimpiya İdman Kompleksində boks, Mingəçevir Kür Olimpiya Olimpiya Mərkəzində taekvondo yarışları baş tutacaq. Gəncə İdman Sarayı isə voleybol matçlarına ev sahibliyi edəcək. Azərbaycanın qadınlardan ibarət voleybol komandası Tacikistan yığması ilə qarşılaşacaq.
Namiq HUN
tag: MDB,Üçüncü ,Gəncə,İdman,Todaypress.tv,
