MDB Oyunları: Azərbaycanın 24 boksçusu yarımfinalda döyüşəcək

İdman

02.10.2025 11:50

III MDB Oyunlarının boks yarışlarında 1/4 final mərhələsinə yekun vurulub. 

TodayPress TV xəbər verir ki, Yevlax turnirində milli komandanın daha 6 boksçusu yarımfinal mərhələsinə vəsiqə qazanıb. 

Əli Əliyev (48 kq) 1/4 finalda Qırğızıstan, Əflatun İsmiyev (57 kq) Belarus, eyni çəki dərəcəsində Raul Heydərli Qazaxıstan, Toğrul Quliyev (60 kq) Türkmənistan, Şahin Aslanov (60 kq) Tacikistan, Əli Abaslı (52 kq) isə Qırğızıstan boksçusu ilə dueldən qalib ayrılıb. 

Nəticədə III MDB Oyunlarının yarımfinal mərhələsində mübarizə aparacaq Azərbaycan boksçularının sayı 24-ə çatıb. Onlardan 14-ü oğlanların, 10-u isə qızların turnirində rinqə çıxacaq. Bu idmançılar özləri üçün Oyunalrın azı bürünc medalını təmin ediblər.

Namiq HUN

TodayPress TV

tag: MDB,Boks,Yarış,Final,Todaypress.tv,