Lev Yaşin mükafatına namizəd qapıçılar açıqlandı
İdman
07.08.2025 16:24
İlin ən yaxşı qapıçısına təqdim olunan Lev Yaşin mükafatına namizədlərin siyahısı açıqlanıb.
TodayPress TV xəbər verir ki, mükafat hər il “Qızıl top” (Ballon d'Or) təqdimetmə mərasimi ilə birlikdə verilir və dünya futbolunda ilin ən yaxşı qapıçısı adına layiq görülən oyunçuya təqdim olunur.
Bu il mükafata 10 qapıçı namizəd göstərilib:
Alisson Bekker (“Liverpul”)
Yassin Bunu (“Əl-Hilal”)
Luka Şevalye (PSJ)
Tibo Kurtua (“Real Madrid”)
Canluici Donnarumma (PSJ)
Emiliano Martines (“Aston Villa”)
Yan Oblak (“Atletiko Madrid”)
David Rayya (“Arsenal”)
Mats Sels (“Nottinqem Forest”)
Yan Zommer (“İnter”)
Qeyd edək ki, ötən il bu mükafatı “Aston Villa”nın qapıçısı Emiliano Martines qazanıb. İlk dəfə bu mükafata isə 2019-cu ildə “Liverpul”un qolkiperı Alisson Bekker layiq görülüb.
Namiq HUN
tag: Qapıçı,Namizəd,Mükafat,Klub,Todaypress.tv,