Koxalski Avropa klublarının radarına düşdü
İdman
13.10.2025 17:49
“Qarabağ” klubunun polşalı qolkiperi Mateuş Koxalski bir neçə ölkədən ciddi təklif alıb.
TodayPress TV xəbər verir ki, bu barədə futbolinfo.az məlumat yayıb.
Bildirilir ki, Koxalski İngiltərə, Fransa və Almaniya klublarından dəvət alıb.
25 yaşlı qolkiperin transferində daha çox “Ayntraxt” və Dortmund “Borussiya” maraqlıdır.
“Qarabağ” hələlik rəsmi təklif almayıb. Ağdam təmsilçisi Koxalskini buraxmaq niyyətində deyil. Mateuş da “Qarabağ”dakı durumundan məmnundur. Amma Polşa millisinə düşmək arzusu onun Almaniyaya can atmasını şərtləndirə bilər. Böyük klublardan ciddi təklif alacağı və onlar “Qarabağ”ı qane edən transfer haqqını ödəyəcəyi halda yayda qolkiperin Bundesliqaya yollanacağı ehtimal olunur.
Qeyd edək ki, bütün karyerasını Polşada keçirən Koxalski 2024-cü ilin yayından “Qarabağ”dadır. Üç illik müqaviləyə imza atan qolkiper cari mövsüm özünü tam şəkildə doğruldub. “Qarabağ” Çempionlar Liqasında mübarizə apardığı üçün Mateuş indi daha çox diqqət mərkəzindədir.
Namiq HUN
tag: Mateuş Koxalski,Qarabağ,Klub,Qapıçı,Todaypress.tv,
