Klopp “Roma”ya təyinat xəbərlərini təkzib etdi
“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp yaxın zamanda “Roma” klubunu çalışdıracağına dair yayılan məlumatlara münasibət bildirib.
TodayPress TV xəbər verir ki, almaniyalı mütəxəssis İtaliyanın tanınmış “La Stampa” nəşrinin yaydığı məlumatı təkzib edib.
“Məni ‘Roma’da görməyəcəksiniz. Əgər yaxın bir neçə il ərzində hansısa komandaya baş məşqçi təyin olunacağımla bağlı şayiələr eşitsəniz, bilin ki, bu tamamilə cəfəngiyyatdır. Bu xəbərlərin yalan olduğunu deyən ilk şəxs siz ola bilərsiniz,” deyə Klopp jurnalist Ceyms Pirsi sosial şəbəkədə sitat gətirib.
Qeyd edək ki, Klopp 2015–2024-cü illər aralığında “Liverpul”a rəhbərlik edib. 2025-ci ilin 1 yanvar tarixindən etibarən o, “Red Bull” idman layihəsinin qlobal rəhbəri kimi fəaliyyət göstərir.
Namiq HUN
tag: Məşqçi,Klub,Təkzib,Təyinat,Todaypress.tv,