İtaliyalı velosipedçi yarış zamanı dünyasını dəyişdi

İdman

17.07.2025 15:40

İtaliyanın gənc velosipedçisi Samuel Privitera Şimali-Qərbi İtaliyada keçirilən velosiped yarışında yıxılaraq ağır xəsarətlər alıb və 19 yaşında vəfat edib.

TodayPress TV xəbər verir ki, bu barədə İtaliya Velosiped İttifaqı məlumat yayıb.

Hadisə yarışın ilk mərhələsində – İsveçrə və Fransa sərhədi yaxınlığında, enişli ərazidə baş verib.

“Privitera sürət azaldıcı çıxıntıya dəyərək velosiped üzərində nəzarəti itirib”, - deyə İttifaq bildirib.

Hadisədən sonra yarışın ikinci mərhələsi ləğv edilib. Yarışın iyulun 18-də davam etdiriləcəyi açıqlanıb.

Qeyd edək ki, bu, son illərdə velosiped yarışlarında baş verən ilk ölüm deyil. 2023-cü ildə isveçrəli velosipedçi Gino Mäder 26 yaşında İsveçrə turunda, norveçli Andre Drege isə 2024-cü ilin iyulunda Avstriya turunda 25 yaşında faciəvi şəkildə həyatını itirmişdi.

Töhfə Səməd

tag: İtaliyan,Samuel Privitera,Yarış,Velosiped,Todaypress.tv,