III MDB Oyunlarının daha bir qrup idmançısı Azərbaycana gəldi
İdman
25.09.2025 11:52
III MDB Oyunlarında iştirak edəcək nümayəndə heyətləri Azərbaycana gəlməyə davam edirlər.
TodayPress TV xəbər verir ki, Tacikistandan ilk, Belarus və Özbəkistandan isə növbəti idmançılar Azərbaycana gəliblər.
Onlar idmanın futbol, üzgüçülük, boks, taekvondo, voleybol və sambo növlərində mübarizə aparacaqlar.
İdmançılar Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etdikdən sonra dərhal yarışların keçiriləcəyi şəhərlərə yola düşüblər.
Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində keçiriləcək.
Namiq HUN
tag: III,MDB,Oyunları,Ölkə,Todaypress.tv,
