Nəfəs kəsən saniyələr: Ferstappen Rasselli minimum fərqlə qabaqladı!

Nəfəs kəsən saniyələr: Ferstappen Rasselli minimum fərqlə qabaqladı!
25.09.2026 13:35 İdman

“Formula-1” üzrə dördqat dünya çempionu, “Red Bull” komandasının 28 yaşlı niderlandlı pilotu Maks Ferstappen Azərbaycan Qran-prisinin üçüncü sərbəst yürüşü zamanı RB26 bolidinin davranışından narazılığını kəskin şəkildə ifadə edib.

TodayPress TV xəbər verir ki, təcrübəli pilot tormozlama zamanı təhlükəsizlik zonasına çıxaraq komanda radiosu vasitəsilə narazılığını belə dilə gətirib:

“Bu maşın heç olmasa bir dəfə kenquru kimi tullanmaya bilər? İlahi!”

Qeyd edək ki, “Red Bull” komandasının pilotu Maks Ferstappen bolidinin davranışından narazı olsa da, 1:43.922 göstərici ilə turun ən yaxşı vaxtına imza ataraq birinci olub. 

İlk iki sessiyada liderlik edən “Mercedes”in sürücüsü Corc Rassell Ferstappendən cəmi 0.099 saniyə geri qalaraq ikinci pillədə qərarlaşıb. Üçüncü yeri isə “Ferrari”nin təmsilçisi Lyuis Hemilton (+0.111 saniyə) tutub.

Üçüncü sərbəst yürüşün ilk 10-luğu:

1. Maks Ferstappen (“Red Bull”) — 1:43.922

2. Corc Rassell (“Mersedes”) +0.099

3. Lyuis Hemilton (“Ferrari”) +0.111

4. Andrea Kimi Antonelli (“Mersedes”) +0.351

5. Şarl Lekler (“Ferrari”) +0.622

6. Pyer Qasli (“Alpin”) +0.715

7. Oskar Piastri (“Maklaren”) +0.824

8. Lando Norris (“Maklaren”) +0.977

9. Isak Hadjar (“Red Bull”) +1.254

10. Franko Kolapinto (“Alpin”) +1.670

Günün ikinci yarısında pilotlar əsas yarış üçün start mövqelərini müəyyənləşdirəcək sıralama turuna qatılacaqlar.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər