"Florida Panterz" Stenli Kubokunun finalına yüksəldi
İdman
29.05.2025 10:07
ABŞ Milli Hokkey Liqasının (NHL) Şərq Konfransının yarımfinal mərhələsində “Karolina Harrikeynz” və “Florida Panterz” klubları arasında beşinci oyun keçirilib.
TodayPress TV xəbər verir ki, “Lenovo Center” buz meydanında baş tutan görüşdə “Florida Panterz” komandası (5:3) qələbə qazanıb.
Seriyanı 4:1 hesabı ilə tamamlayan Florida hokkeyçiləri Stenli Kubokunun finalına vəsiqə qazanıblar.
Oyunun gedişində “Karolina” 2:0 hesabı ilə önə keçsə də, “Florida” möhtəşəm geridönüş edərək qalib gəlib.
Nəticədə “Florida Panterz” klubu ardıcıl üçüncü dəfə Stenli Kubokunun finalına adını yazdırıb.
Xatırladaq ki, Florida təmsilçisi 2023-cü ildə finalda “Veqas Qolden Nayts”a uduzub (1:4), növbəti ildə isə “Edmonton Oylerz” üzərində (4:3) qazanılan qələbə ilə Stenli Kubokuna sahib çıxıb.
“Panteralar” cari mövsüm finalda “Edmonton Oylerz” – “Dallas Starz” cütünün qalibi ilə qarşılaşacaqlar. Hazırda seriyada “Edmonton” 3:1 hesabı ilə öndədir.
Namiq HUN
tag: ABŞ,Hokkey,Oyun,Komanda,Todaypress.tv,
 
        
 
                                ![[[Premyer Liqa:]] "Arsenal" qalib gəldi, "Çelsi" xal itirdi](/uploads/news/68c6500337b90.webp) 
                                             
                                            ![[[Azərbaycanın şahmat]] millisi birinci pilləyə yüksəldi](/uploads/news/68ed381f9ad94.webp) 
                                            ![Məşhur klubun [[futbolçusu]] Bakıya gəlir](/uploads/news/684fe35ab1118.webp) 
                                            ![UFC Fight Night 261 [[turnirinin əsas döyüşü]] təxirə düşdü](/uploads/news/68ce383ca90cc.webp) 
                                            ![“Neftçi” [[17200 manat cərimə]] ödəyəcək](/uploads/news/68e79d54a8987.webp) 
                                            ![Hakim Ziyeş [[“Vidad Kasablanka”]] ilə anlaşdı](/uploads/news/68fc7ec6196d7.webp) 
                                            ![[[Həmilton:]] “Ferrari”nin 2025-ci ili unutması mənlik deyil”](/uploads/news/683994b014777.webp) 
                                            ![Məşqçi [[sərxoş vəziyyətdə]] sükan arxasında yaxalandı](/uploads/news/68c3dff3c9140.webp) 
                                            ![[[“İnter Mayami”]] tarix yazdı](/uploads/news/685501e6eaa49.webp) 
                                            