FIFA DÇ-2026-nın maskotlarını təqdim etdi

İdman

26.09.2025 09:58

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının üç maskotunu təqdim edib.

TodayPress TV qurumun rəsmi saytına istinadən xəbər verir ki, mundiala ev sahibliyi edəcək üç ölkənin hər birini təmsil etmək üçün seçilən heyvanlar maral Meypl (Kanada), yaquar Zayu (Meksika) və qartal Klatçdır (ABŞ).

Qeyd edək ki, 2026-cı il dünya çempionatında hər biri 4 komanda olmaqla 12 qrupa bölünən 48 milli komanda iştirak edəcək. Qrupda ilk iki yeri tutan komanda, üçüncü olan səkkiz ən yaxşı komanda ilə birlikdə pley-off mərhələsinə yüksələcək. 23-cü FIFA Dünya Kubokunun final mərhələsinin oyunları 2026-cı ilin iyun və iyul aylarında keçiriləcək. Mundialın final matçı iyulun 19-da baş tutacaq.

Namiq HUN

TodayPress TV

tag: FİFA,DÇ,2026,Maskot,Todaypress.tv,