“Əl-Nəsr” Spallettiyə elçi düşdü

İdman

14.06.2025 10:15

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu İtaliya millisinin sabiq çalışdırıcısı Luçano Spallettini baş məşqçi təyin etmək istəyir. 

TodayPress TV xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

66 yaşlı Spalletti Stefano Piolinin mümkün gedişindən sonra əsas namizəd kimi ön plana çıxıb. Piolinin “Fiorentina”ya keçəcəyi gözlənilir.

Mənbənin məlumatına görə, “Əl-Nəsr” Spallettiyə rəsmi təklif göndərəcək. Klub Luçanoya vergilərsiz illik 12 milyon avrodan yüksək maaş təklif etməyə hazırdır. Bu məbləği daha əvvəl Pioli alırdı.

Spallettinin təklifi qəbul edib-etməyəcəyi dəqiq bilinmir. İtaliyalı mütəxəssisin Avropanın top klublarından təklif gözlədiyi ehtimal edilir. Bununla belə, Ər-Riyad təmsilçisi onu yüksək məbləğli müqavilə ilə razı salmağa çalışacaq.

Xatırladaq ki, Luçano Spalletti bir müddət əvvəl İtaliya yığmasındakı vəzifəsindən ayrılıb. 

Namiq HUN

tag: Əl-Nəsr,Spaletti,Klub,Məşqçi,Todaypress.tv,